İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə İSO 27001:2005 sertifikatı verilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Türk Standartları İnstitutu (TSE) tərəfindən İSO 27001 “İnformasiya texnologiyaları-Təhlükəsizliyi təmin edən metodlar-İnformasiya təhlükəsizliyi menecment sistemləri -Tələblər” standartı üzrə sertifikatın təqdim edilməsi mərasimi keçirilib.
İSO 27001 BS 7799 Britaniya standartı əsasında Beynəlxalq Standartlar Təşkilatı və Beynəlxalq Elektrotexnik Komissiyası tərəfindən hazırlanıb. Təqdimetmə mərasimində ARDNŞ-in kadr, rejim, informasiya texnologiyaları üzrə vitse-prezidenti, İnformasiya Təhlükəsizliyi Komissiyasının sədri Xalik Məmmədov, ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov, Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Səlim Çələbi, eləcə də idarənin rəhbər mütəxəssisləri iştirak ediblər.
Tədbirdə çıxış edən İTRİ-nin rəisi İnayət Hüseynov idarədə tətbiq edilən proqramlar haqqında məlumat verib. O, qeyd edib ki, 2013-cü ilin iyun ayında TSE tərəfindən İTRİ-də audit keçirilib və işin beynəlxalq standartın tələblərinə uyğun qurulması haqqında qərar verilib.
Sonra İnformasiya Təhlükəsizliyi Komissiyasının sədri X.Məmmədov bildirib ki, İSO 27001 sertifikatına regionda ilk layiq görülən qurum İTRİ-dir. ARDNŞ-in nəhəng texnologiya proseslərindən ibarət böyük informasiya resurslarına malik şirkət olduğunu vurğulayan X.Məmmədov qeyd edib ki, şirkətin məlumatlar bazasında toplanmış resursları qorumaq üçün səylər daha da gücləndirilməlidir.
O, idarənin informasiya texnologiyaları sahəsində daha ciddi işlər görəcəyini qeyd edib. Türk Standartları İnstitutunun Azərbaycan təmsilçisi Səlim Çələbi bu standartın əldə edilməsi üçün İTRİ tərəfindən çoxşaxəli sənədlər paketinin işlənib hazırlandığını söyləyib. İSO 27001 standartı effektiv informasiya təhlükəsizliyinin menecment sisteminin təşkili, tətbiqi, yenidən baxılması, nəzarəti və işlək vəziyyətdə saxlanılması, eləcə də sənədləşdirilmiş informasiyanın təhlükəsizliyinin təminatı baxımından tələbləri müəyyən edir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL