waplog

Gənc araşdırmaçılar üçün YeniSi art-texnologiyalar yay məktəbi layihəsi sonlandı



YeniSi Ədəbiyyat və Mədəniyyət Təzəhürləri Mərkəzi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənc araşdırmaçılar üçün YeniSi art-texnologiyalar yay məktəbi” layihəsinin yekunlarına dair təqdimat keçirib.
 
Reallaşdırılmasına 2013-cü ilin May ayında start verilən layihənin əsas məqsədi gənc incəsənət araşdırıcılarını, mədəniyyət sahələri üzrə müxtəlif pillələrdə təhsil alan gəncləri bir araya toplamaq, onlara müasir mədəniyyətə və incəsənətə  yanaşma və araşdırma metodlarını öyrətmək, mədəniyyət araşdırıcısı kimi yetişməsini stimullaşdırmaqdır.
 
Qeyd edək ki, layihədə iştirak edən gənclər bir ay müddətində incəsənət problemlərini əks etdirən yazıları ilə müraciət ediblər, uğurlu yazıların müəllifləri intervyudan keçərək art-texnologiyalar yay məktəbinə vəsiqə qazanıblar. Şəki şəhərində baş tutan yay məktəbində gənclərə “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bugün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Blog anlayışı və blogging” təlimləri keçirilib. Layihənin davamında isə qazandıqları bilik və bacarıqlarını göstərmək üçün yeni araşdırma işlərini təqdim edən gənclər diplomlarla təltif olunublar.
 
Beynəlxalq Mətbuat Mərkəzində keçirilən hesabat tipli bağlanış mərasimində çıxış edən YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadənin sözlərinə görə, bu cür spesifik auditoriya üçün nəzərdə tutulmuş layihənin ilk dəfə keçirilməsinə baxmayaraq gözlənilən nəticə əldə olunub, habelə, layihənin iştirakçıları qazandıqları bilik və bacarıqların nəticəsi kimi fərdi layihələrlə çıxış ediblər ki, adı çəkilənlərdən 4 layihə Azərbaycan Gənclər Fondunun 3-cü qrant müsabiqəsində qalib olub. 
 
Təşkilatın media-direktoru Aydan Məqsəd qızı qeyd etdi ki, YeniSi Mərkəz art-texnologiyalar yay məktəbinin iştirakçılarının fərdi inkişafına önəm verir və onlarla əməkdaşlığı davam etdirəcək. Tədbirdə, həmçinin, çıxış edən Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov iştirakçılar arasından dörd nəfərin fərdi layihələrlə Fonda müraciət edərək qrant qazanmasını art-texnologiyalar məktəbinin uğurunun təsdiqi kimi qiymətləndirib. 
 
Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL