Yeni “Nexus” smartfonu oktyabrın 14-də nümayiş etdiriləcək
“Google” şirkəti 2010-cu ildən etibarən hər il “Nexus” smartfonu istehsal edir. Lakin növbəti "quqlofon" haqqında artıq uzun müddətdir məlumat yoxdur. Yeni aparat haqqında məlumat yalnız son iki həftədə internetə sızıb və hazırda onun haqqında demək olar ki, hər şey məlumdur.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “Android” mobil əməliyyat sisteminin yeni versiyasını təqdim edən videoçarxdan sonra şayiələr başlanıb. Bir qədər sonra aparat sertikatlaşdırılmaq üçün Amerikanın “FCC” qurumuna təqdim olunub və sözügedən qurum təsadüfən cihazın xüsusiyyətlərini açıqlayıb.
Sənədə əsasən, yeni aparat 5 düymlük “Full HD” ekranı və çox güclü “Qualcomm Snapdragon 800” prosessoru ilə təchiz olunub. Akkumulyator batareyasının tutumu 2300 milliamper/saat təşkil edir.
Nəhayət, əldə edilmiş məlumatlara əsasən, smartfon oktyabrın 14-də rəsmən təqdim ediləcək və ayın sonuna yaxın satışa çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL