waplog

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirəcək


Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu banklarla görüş keçirməyi planlaşdırır.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, fondun icraçı direktoru Elçin Zeynalov bu həftənin sonunda yerli bankların nümayəndələri ilə görüş keçirmək niyyətindədir.

“Görüş zamanı banklarla fond arasında əməkdaşlıq imkanları müzakirə olunacaq. Müşahidə Şurasına təqdim edilmiş müvəkkil banklarla müqavilə forması və bankların seçim meyarları təsdiq edildikdən sonra  banklar seçilərək müqavilələr imzalanacaq”, - deyə E.Zeynalov bildirib.

Onun sözlərinə əsasən, bu ilin dekabr ayında ilk müsabiqələrin keçirilməsi nəzərdə tutulur.
“Bizim əsas məqsədimiz ən effektiv və perspektivli layihələrin seçilməsidir. Layihələrin maliyyələşməsinə artıq 2014-cü ildən etibarən başlanılacaq”, - deyə  o qeyd edib.

Xatırladaq ki, fondun vəsaitlərinin istifadəsi qaydalarına əsasən, sahibkarlara 10 min manatdan 50 min manatadək – üç illik kiçikhəcmli kreditlər, 50 min manatdan 500 min manatadək – beş illik ortahəcmli kreditlər, 500 min manatdan 5 milyon manatadək – 10 illik böyükhəcmli kreditlər ayrılacaq. Fondun kreditlərinin illik faiz dərəcəsi 1% müəyyən edilir, müvəkkil kredit təşkilatlarının fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddinin cəmi kredit məbləği 5%-dən artıq olmamalıdır.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL