İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun müqavilə formasının layihəsi yaxın bir həftə ərzində təsdiqlənməlidir
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilə müvəkkil bank arasında fondun vəsaitlərindən istifadə edilməsinin şərtləri haqqında müqavilə formasının layihəsi yaxın bir həftə ərzində təsdiqlənməlidir.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, bu müddət ərzində Müşahidə Şurasının üzvləri müqavilə forması ilə tanış olaraq rəylərini bildirəcəklər və təklif nəzərə alınaraq müqavilə forması təsdiqlənəcək.
Bank müvəkkili ilə bağlanılacaq müqavilə forması layihəsinin ilkin versiyasına əsasən, ildə iki dəfədən az olmayaraq fondun vəsaitlərinin hər bir sahibkarlıq subyekti tərəfindən investisiya layihəsi üzrə istifadə edilməsinin monitorinqi aparılmalıdır. Monitorinqin nəticələrinə əsasən, müvəkkil bank və ya kredit təşkilatı fonda cari yarımillik üzrə növbəti yarımilliyin ilk 10 iş günündən gec olmayaraq hesabat verməlidir.
Müvəkkil kredit təşkilatı tərəfindən aparılan monitorinqlər zamanı güzəştli kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi halları aşkar edildikdə, müvəkkil kredit təşkilatı güzəştli kreditin və hesablanmış faiz borcunun vaxtından əvvəl ödənilməsini sahibkarlıq subyektindən tələb etməlidir. Sahibkarlıq subyektinin öz öhdəliyini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatı 10 bank günü ərzində məhz bu layihə üzrə əsas kredit və hesablanmış faiz borcunu bütövlükdə fondun hesabına köçürməli, belə sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görməlidir.
Sahibkarlıq subyektləri tərəfindən güzəştli kreditlər, faizlər və digər öhdəliklər üzrə ödənişlərin həyata keçirilməsindən asılı olmayaraq, müvəkkil kredit təşkilatları fond qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Ödəniş fondun hesabına daxil olduğu gün müvəkkil kredit təşkilatı öz öhdəliyini yerinə yetirmiş hesab edilir. Kredit vəsaiti yalnız tam istifadə olunduqdan sonra müvəkkil kredit təşkilatı tərəfindən kredit xəttinin istifadə və ya yeni kredit xəttinin açılması üçün müraciət edilə bilər. Müvəkkil kredit təşkilatları fondun vəsaitlərini öz adlarından və öz riskləri hesabına yerləşdirirlər.
Müvəkkil kredit təşkilatı onun üçün müəyyən edilmiş kredit xətti çərçivəsində 10 bank günündən gec olmayaraq öz biznes maraqları və fondun müəyyən etdiyi minimal tələblər və qiymətləndirmə meyarlarına uyğun olaraq investisiya layihələrini təhlil etməli və müsbət qiymətləndirdiyi investisiya layihələrinə dair fondun müəyyən etdiyi məlumatları və sənədləri fonda təqdim etməlidir. Layihə mənfi qiymətləndirildikdə sahibkara 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu verilir.
Müvəkkil kredit təşkilatları vəsaitin köçürülməsinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 % həcmində cərimə ödəməlidirlər, gecikdirmə 30 bank günündən çox olarsa, fondun Müşahidə Şurası yeni vəsaitlərin ayrılmasını dayandırır və ya müvəkkil kredit təşkilatının xidmətindən imtina edir.
Yaxın bir həftə ərzində Müşahidə Şurasının üzvləri müqavilə forması ilə tanış olaraq rəylərini bildirməlidirlər.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL