“BlackBerry” əməkdaşlarının 40%-ni ixtisar edəcək
Kanadanın “BlackBerry” şirkəti heyətində genişmiqyaslı ixtisar həyata keçirməyə hazırlaşır. Belə ki, şirkət bu ilin sonunadək əməkdaşlarının 40%-ni ixtisar etməyi planlaşdırır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, ixtisarlar istehsalçının vəziyyətinin pisləşməsi fonunda həyata keçiriləcək. Kanada şirkəti “Apple”, “Samsung” kimi şirkətlərlə rəqabətə davamlı olmaq üçün xərclərinin azalması üçün yeni yollar axtarmağa məcburdur.
Bu ilin mart ayına olan vəziyyətə görə, şirkətdə 12700 insan işləyib. İnvestorlar deyirlər ki, ixtisarların miqyası “BlackBerry” şirkətindəki fəlakətin miqyasından xəbər verir. İki il bundan əvvəl şirkətdə təxminən 17 000 insan işləyib və Şimali Amerikanın smartfon bazarında onun payı təxminən 14% təşkil edib. Hazırda bu göstərici 3%-dən bir qədər çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL