“USB 3.0” standartlı fləş yığıcıların tətbiqi zəif gedir
Tayvanın “TrendForce” analitik şirkətinin tədqiqat bölməsi “DRAMeXchange” ekspertləri hesab edirlər ki, bazarda “USB 3.0” standartlı fləş yığıcıların yayılması gözlənildiyindən daha zəifdir.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, 2013-cü ilin ikinci rübündə “USB 3.0” interfeysini dəstəkləyən fləş yığıcıların tədarük həcmi 5-6 milyon olub. Birinci rübdə də tədarük həcmi bu qədər olub. Bunu nəzərə alaraq, cari ilin birinci yarısında bazarda sözügedən məhsulun nüfuzetmə səviyyəsi yalnız 5% olub.
Lakin 2014-cü ildə “USB 3.0” fləş yığıcıların tətbiqi daha aktiv getməlidir. Sözügedən məhsulu çoxlu sayda istehsalçılar buraxmağa başladıqdan sonra bazarda onun nüfuzetmə dərəcəsi 20-25%-ə çatacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL