Elmi İnnovasiyalar Mərkəzi “Horizon 2020” konfransında təmsil olunacaq
6-8 noyabr 2013-cü il tarixində Litva Respublikasının Vilnüs şəhərində tədqiqatlar və innovasiyalara həsr ediləcək “Horizon 2020” - 8-ci çərçivə proqramı konfransı keçiriləcək. Konfrans kiçik və orta müəssisələrdə, informasiya - kommunikasiya texnologiyaları, yaşıl nəqliyyat, alternativ enerji sahələrində innovasiyalar məsələlərinə həsr ediləcək. Konfransda Azərbaycanı Elmi İnnovasiyalar Mərkəzi (EİM) təmsil edəcək. Belə ki, tədbirdə EİM-də ETTKİ-lərin kommersiyalaşdırılması şöbəsinin rəisi Eldar Şirəliyev iştirak edəcək.
Qeyd edək ki, Avropa Birliyi (AB) Komissiyası müxtəlif istiqamətlərdə tədqiqatların aparılması üzrə proqramları maliyyələşdirir. Eyni zamanda tədqiqat və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirmək məqsədi ilə AB Komissiyası 2014-2020-ci illər üçün yeni strategiya işləyib hazırlayıb.
AB-də iştirakçı ölkələrin informasiya-kommunikasiya texnologiyaları sahəsində ekspertlərini məsləhətləşmələr aparmaq üçün bir araya gətirərək, AB ilə elmi-texnoloji tədqiqatlar sahəsində dialoqun genişləndirilməsi və yeni səviyyəyə qaldırılması məqsədinə qulluq edən layihələrdən biri də “Horizon 2020” proqramıdır. Sözügedən strategiya, ilk növbədə Avropa Birliyinin strateji prioritetlərini nəzərə almaqla yanaşı, eyni zamanda AB tədqiqatlarına Avropadan kənar ölkələrin cəlb edilməsi, Avropanın tədqiqat və innovasiya baxımından ən əlverişli məkana çevrilməsi üçün şərait yaradır.
Yeni strategiya 2014-cü ildən başlayaraq, 7-ci Çərçivə Proqramının davamı olan “Horizon 2020” tədqiqat və innovasiya proqramı vasitəsilə həyata keçiriləcək. “Horizon 2020” beynəlxalq əməkdaşlığı tam dəstəkləyərək sosial problemlərin həllinə və sənaye texnologiyalarının inkişafına xüsusi diqqət yetirir.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL