Sürücüsüz avtomobillər 3 il sonra tam reallığa çevriləcək
“Elektrik avtomobilləri istehsalçısı “Tesla Motors” şirkəti üç il sonra sürücüsüz hərəkət edəcək avtomobillərin istehsalına başlayacaq”. Bu fikri şirkətin direktoru Elon Mask səsləndirib. Əgər sözügedən layihəni həyata keçirmək mümkün olsa, “Tesla” şirkəti “Google”dan irəlidə olacaq.
Xatırladaq ki, hazırda “Google” tərəfindən dəstəklənən layihənin üzərində aparılan işlər bir qədər zəifləyib, çünki avtomobil istehsalçıları bu cür maşınların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
“ICTnews” elektron xəbər xidməti “zhelezyaka.com” saytına istinadən bildirir ki, “Tesla” şirkətinin direktoru sürücüsüz avtomobillərin hazırlanmasında öz texnologiyalarından istifadə edəcəyini səsləndirib.
Xatırladaq ki, Elon Mask, həmçinin “Spacex” şirkətinin və “Paypal” ödəmə sisteminin təsisçisidir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL