waplog

Yeni “iPhone” smartfonunun satışlarına başlanıldı


Sentyabrın 20-də “iPhone 5S” və “iPhone 5C” smartfonlarının satışlarına başlanılıb. İlk öncə yeniliklər "birinci dalğa" ölkələrinin (ABŞ, Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Yaponiya, Sinqapur və Böyük Britaniya) sakinlərinə əlçatan olacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 33 yaşlı avstraliya sakini Cimmi Qanaven “iPhone 5S” smartfonunun ilk alıcısı olub. Onun sözlərinə görə, yeni smartfonu almaq üçün səbəblərdən biri yavaşıdılmış çəkiliş funksiyası olub. Qanaven yeni aparatların ikisini də satın alıb.
Qeyd edək ki, Avstraliyada "alma" cihazı ilə bağlı ajiotaj yaşanıb, lakin onun miqyası ötən ilki ilə müqayisədə çox aşağı olub. O zaman yeni cihazı satın almaq istəyənlər üç gün  əvvəlcədən növbə tutmuşdular. Hazırda isə “Apple” məhsulunun pərəstişkarları təxminən 20 saat əvvəldən mağazanın qarşısında toplanmağa başlayıblar.

Yapon sakinləri də “Apple Store” mağazasının qarşısında uzun müddətdir növbə çəkirlər, hətta dünənki tufana baxmayaraq növbədə  dayanmağa davam ediblər. Qeyd etmək lazımdır ki, ticarət mərkəzlərinin işçiləri tufana görə növbədə dayananları mağazaya buraxıblar.

ABŞ-da “iPhone 5S” smartfonu yaddaşın həcmindən asılı olaraq və operatorla müqavilə bağlanıldığı halda 199-399 dollara təklif edilir. Müqaviləsiz yeni qurğular 649-849 dollar qiymətində əlçatandır. Avropada sözügedən smartfonların qiyməti 699-899 avro təşkil edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL