İKT şirkətlərinə vergi və gömrük güzəştləri ediləcək
Azərbaycanda yaxın zamanda informasiya - kommunikasiya texnologiyaları sahəsində çalışan şirkətlər üçün güzəştli rüsumlar tətbiq ediləcək.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun rəhbəri Elçin Zeynalov bildirib ki, güzəştlər 1-2 ay ərzində tətbiq edilə bilər.
İKT sahəsində çalışan şirkətlər eyni zamanda vergi rüsumlarından azad ediləcəklər. Bu da onlara bizneslərinin səmərəliliyini və effektini artırmağa imkan verəcək.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL