waplog

“iPhone 5S” smartfonu üçün növbəyə görə 5 min funt təklif edilib


Bu gün dünyanın bir çox ölkələrində “Apple” şirkətinin smartfonları satışa çıxarılıb. Müxtəlif qiymətləndirmələrə əsasən, “Apple”ın   Londonda yerləşən əsas mağazasının qarşısında təxminən min nəfər toplaşıb.

“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Böyük Britaniyada dəbi təyin edən cihazın ilk alıcısı 17 yaşlı Noa Qrin olub. Qeyd edək ki, o, flaqman mağazasının qarşısında bazar ertəsi, saat 16:00-dan növbə çəkib. Qrin məhdud sayda istehsal edilmiş "qızıl" smartfon versiyasına sahiblənib. "Mən Birləşmiş Krallıqda yenilənmiş cihaz və ən yaxşı smartfonun ilk sahibiyəm. Bu hissi təsvir etmək qeyri-mümkündür" – iTV telekanalı onun sözlərindən sitat gətirib.

Qrinin sözlərinə görə, ona növbədəki yerinə görə 5 min funt təklif ediblər, lakin o imtina edib və əlavə edib ki, 10 min funt olsa idi, təklifi nəzərdən keçirərdim.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL