“BlackBerry” minlərlə insanı işsiz qoydu
Kanadanın "Blackberry" şirkəti maliyyə itkiləri ilə əlaqədar olaraq cümə günü 4,5 min əməkdaşını ixtisar etmək qərarı haqqında bəyan edib. Bəyanata əsasən, ikinci rübün yekununa görə zərərin həcmi 950-995 milyon dollar təşkil edəcək və şirkətin mobil aparatlarının zəif satışları buna səbəb göstərilir.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Blackberry" şirkəti öz maliyyə durumunu düzəltməyi və bu ilin yanvarında satışa çıxarılmış yeni smartfon modellərinin köməkliyi ilə mövqeyini bərpa etməyi nəzərdə tuturdu. Lakin heç də gözlənildiyi kimi olmadı. İkinci rübdə 3,7 milyon aparat satılıb.
Ötən il "Blackberry" şirkəti artıq 5 min əməkdaşını ixtisar etmişdi.
Xatırladaq ki, 2000-ci illərin əvvəllərində şirkət tərəfindən istehsal edilən fiziki klaviaturaya malik, ani korporativ ünsiyyət funksiyasını dəstəkləyən smartfonlar ABŞ və başqa ölkələrdə geniş populyarlıq qazanıblar. Lakin bazara “iPhone” və “Android” platforması ilə işləyən sensor qurğuların çıxarılması nəticəsində "Blackberry" şirkətinin payı kəskin azalmağa başlayıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL