waplog

Nazir Masallıda vətəndaşlarla görüşüb


Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

Sentyabrın 20-də rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallıda bu rayondan, eləcə də Astara, Lənkəran, Lerik, Yardımlı və Cəlilabaddan olan vətəndaşlarla görüşüb.

Nazir Əli Abbasov əvvəlcə Masallı Telekommunikasiya Qovşağının birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş, qovşağın abunə şöbəsində və "Qəza xidməti otağı"nda yaradılan şəraitlə yaxından tanış olub.

Nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda cənub bölgəsindən olan vətəndaşların şikayət və müraciətləri dinlənilib.

Vətəndaşlar əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə qarşıya çıxan çətinliklərlə bağlı müraciət ediblər.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılmış, onların bəziləri yerindəcə həllini tapıb.

Qəbuldan sonra nazir Əli Abbasov jurnalistlərə müsahibəsində demişdir ki, ölkəmizdə "ASAN xidmət" və "Elektron hökumət" xidmətlərinin tətbiqi yerlərdə şikayətlərin azalmasına səbəb olub.

Azərbaycanda fəaliyyət göstərən hər üç operatorun - "Azercell", "Bakcell" və "Nar Mobile"ın oktyabrın 1-dən etibarən mobil nömrələrin daşınmasını həyata keçirəcəyini diqqətə çatdıran nazir Əli Abbasov hazırda bu prosesin 3 ay gecikməsinin səbəblərinin araşdırıldığını bildirib.

Cari ilin may ayında mobil telefonların xüsusi cihaz kodlarının qeydə alınması nəticəsində bu sahədə qaçaqmalçılıq hallarının qarşısını aldığını deyən Əli Abbasov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Fondunun birgə təşkilatçılığı ilə ölkədə internetin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə xüsusi layihənin həyata keçirilməsinə başlandığını bildirib. Layihə çərçivəsində 2017-ci ilin sonunadək Azərbaycanın bütün ərazisində internetin səviyyəsi Avropa standartları səviyyəsinə çatdırılacaq.

Əli Abbasov vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərinin də qeydiyyata alınaraq müvafiq qurumlara çatdırılacağını bildirib.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL