waplog

“Microsoft” sirkəti “Surface” planşetlərinin yeni versiyalarını təqdim edəcək


“Microsoft” bu gün Nyu-Yorkda “Windows” sistemi ilə işləyən “Surface” planşetlərinin yeni nəslini təqdim edəcək. Amerika şirkətinin, həmçinin, “Surface” planşetinin kiçik versiyasını da nümayiş etdirəcəyi gözlənilir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, yeni “Surface” planşetlərinin daha yüngül və nazik olacağı gözlənilir. Bu, daha az yer tutan və ventilyatorsuz işləyə bilən yeni çiplərin quraşdırılması ilə izah edilir.

“Surface” planşetlərinin ilk nəsli düz bir il əvvəl satışa çıxarılıb, lakin satış həcminin aşağı olması və marketinq siyasətinə sərf edilən yüksək xərclərə görə “Microsoft” üçün uğursuz sayılır. Cari ilin ilk üç ayı ərzində korporasiya bazara təxminən 1 milyon planşet tədarük edib. Bu il birinci rübün yekununa görə, “Microsoft” planşet bazarının təxminən 2%-nə nəzarət edir.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL