2014-cü ilin əvvəlinə qədər respublikanın 53 rayon mərkəzinin elektron kadastr məlumat bazası yaradılacaq
2014-cü ilin əvvəlinə respublikanın 53 rayon mərkəzinin, eyni zamanda, onlara bitişik böyük qəsəbə və kəndlərin ərazisində sadə modelli elektron kadastr məlumat bazası yaradılacaq. Bununla yanaşı, bu ərazilərin rəqəmsal kadastr xəritələri tərtib ediləcək. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətindən məlumat verilib.
ƏMDK-dan qeyd edilib ki, 2013-cü ilin oktyabrında Gəncə şəhərinin və Şəki rayonunun sistematik ölçmələrlə həyata keçiriləcək kadastr layihələrinin tərtibinə başlanılacaq. 2 il 6 ay ərzində bu iki ərazi subyekti üçün əmlak idarəçiliyində istifadə olunan bütün məlumatları özündə ehtiva edəcək elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritəsi hazırlanacaq:
“Komitə tərəfindən aparılan kadastr işləri, eyni zamanda, ölkədə həyata keçirilən genişmiqyaslı layihələrə texniki dəstək xarakteri daşıyır. Son illərdə komitə 100-ə yaxın irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə kadastr işi ilə dəstək verib”.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL