“HTC” şirkəti “Nokia”nın 2 patentini pozmaqda təqsirli bilinib
ABŞ Beynəlxalq Ticarət Komissiyası bazar ertəsi Tayvanın "HTC" şirkətinin mobil telefonlar və planşetlərin hazırlanmasında Finlandiyanın "Nokia" korporasiyasına məxsus iki patent hüququnu pozması ilə bağlı ilkin qərar çıxarıb. Komissiyanın saytında dərc edilən qərara əsasən, "HTC" radiosiqnallarda səhvlərin silinməsi və müxtəlif tezliklərdə mobil qurğuların işləməsi ilə əlaqəli Finlandiya istehsalçısının patentlərini pozub.
Bununla yanaşı, komissiya kompüterdən mobil telefona məlumatların ötürülməsi ilə bağlı "Nokia"nın məhkəməyə təqdim etdiyi şikayətdə göstərilən üçüncü patentdə pozuntular aşkar etməyib. Komissiya nümayəndələri bildiriblər ki, iki istehsalçının mübahisəsinə dair son qərar 2014-cü ilin əvvəlində veriləcək, - "Cybersecurity" www.cybersecurity.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL