Qax rayonunun 42 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb
Qax rayonunun 42 kəndində genişzolaqlı internet xidmətlərinin göstərilməsinə başlanılıb. Qax Telekommunikasiya qovşağının rəisi Qazı Ömarovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata görə, vətəndaşların bütün multimedia xidmətlərindən istifadəsi üçün heç bir problem yoxdur.
Qovşaq üzrə montaj tutumu 11060 nömrəyə çatdırılıb. “Elektron hökumət” layihəsi çərçivəsində rayonun bütün İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri sürətli internet xidməti ilə təmin edilib. Rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19.8 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 88.3 ədəddir. 100 nəfərə düşən ADSL abunəçilərinin sayı 5,4, 100 ailəyə düşən ADSL abunəçilərinin sayı isə 24-dür. Rayon üzrə internet abunəçilərinin sayı 2882 nəfərə çatıb.
Qaxın rabitə şəbəkəsi müasir elektron ATS-lərlə tam təchiz edilməklə bütün kəndlərlə olan birləşdirici xətlər optikləşdirilib. Qax TKQ-nın inzibati binası ən müasir tələblər səviyyəsində təmir edilərək binanın fasadı təbii üzlük daşla üzlənib ki, bu da qədim Qaxın digər binaları ilə ahəng təşkil edir.
Rayonda CDMA tipli simsiz rabitənin tətbiq olunması isə sakinlərin telefon rabitəsinə olan tələbatını tam ödəyir. Kəndlərlə birləşdirici xətlərin optikləşdirilməsi rayonda şəhər və kənd abunəçiləri arasında rəqəmsal fərqi tamamilə aradan qaldırıb.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL