waplog

Çinin smartfon bazarının həcmi 25% arta bilər


"IDC" analitik şirkəti Çinin smartfon bazarını araşdırıb. Ekspertlərin qiymətləndirməsinə görə, 2014-cü ildə sözügedən ölkədə təxminən 450 milyon qurğu tədarük ediləcək ki, bu da cari illə müqayisədə 25% çoxdur.

"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, artım göstəricisi hər an dəyişə bilər, çünki o, operatorlar tərəfindən 4G texnologiyasının inkişafı üçün lisenziyaların alınması müddətindən asılıdır.

Mütəxəssislərin proqnozuna əsasən, gələn il Çinə 4G texnologiyasını dəstəkləyən 120 milyon smartfon tədarük ediləcək. 2013-cü ilin yekununa görə "ağıllı" mobil telefon bazarının həcmi 360 milyon səviyyəsində gözlənilir.

2013-cü ilin ikinci rübündə "Samsung" və "Lenovo" şirkətləri Çinin smartfon bazarında lider mövqelərini qoruyub saxlayıblar.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL