waplog

Azərbaycanda elektron pullar buraxılacaq


Azərbaycanda elektron pullar buraxılacaq ki, bu da ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına gətirib
çıxaracaq. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının
(AMB) İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib.

Bunu AMB tərəfindən hazırlanan "Ödəniş xidmətləri haqqında" qanun layihəsi nəzərdə tutur.
Quliyev bildirib ki, artıq elektron pulların buraxılışı ilə məşğul olacaq təşkilatlarla bağlı tələblər
müəyyənləşdirilib: Elektron pullardan ticarət və xidmət sahəsində limitlə istifadə edilə bilər".
Onun sözlərinə görə, yekun mərhələdə olan qanun layihəsi qəbul edildikdən sonra elektron pulların
emissiya qaydaları hazırlanmalıdır.

Qeyd edək ki, "Ödəniş xidmətləri haqqında" qanun layihəsi ölkədə nağdsız hesablaşmaların və ödəniş
xidməti bazarının inkişafı baxımından pərakəndə ödənişlərin nağdsız dövriyyəyə cəlb olunması, ödəniş
xidməti bazarında rəqabət mühitinin gücləndirilməsi, üçüncü tərəfin xeyrinə ödənişləri nağd formada qəbul
edən təşkilatların və pulköçürmə sistemlərinin fəaliyyətinin tənzimlənməsi, elektron pul və birbaşa
debetləşmə kimi yeni ödəniş alətlərinin tətbiqi, habelə ödəniş xidmətləri üzrə tərəflərin hüquq və
vəzifələrinin dəqiq müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq təcrübənin təhlili əsasında hazırlanan qanun layihəsinin gələcəkdə qəbul olunması ödəniş
xidmətlərinin daha effektiv və təhlükəsiz formada təqdim olunmasını, ölkə üzrə maliyyə xidmətlərinə geniş
çıxış imkanını, ödəniş xidmətləri üzrə məlumat şəffaflığını təmin edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL