waplog

“Samsung Display” və “LG Display” arasında patent mübahisəsinə son qoyulub



Cənubi Koreyanın iki nəhəng şirkəti “Samsung Display” və “LG Display” patent hüququ ilə bağlı məhkəmə araşdırmalarının sona yetməsini elan edərək bir-birinə qarşı olan iddiaları geri götürüblər.

Hər iki şirkət displey istehsalında dünya lideridir. Odur ki, şirkətlər arasında patent mübahisəsi istisna edilmir ki, bunu da dünyanın əksər korporasiyalarının təcrübəsində əyani şəkildə görmək olar.

Lakin indiki halda tərəflər əməkdaşlığa olan tələbatın artması fonunda mübahisələri həll etməyə nail olublar. “Samsung Display”in intellektual mülkiyyət üzrə vitse-prezidenti Kim Qvan-Cun bildirib ki, məhkəmə dinləmələrinin sona yetməsi şirkətlərə daha səmərəli istiqamətdə hərəkət etməyə kömək edəcək.

“LG Display” nümayəndələri də eyni fikir söyləyiblər. Belə ki, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, tərəflər aralarındakı mövcud fikir ayrılıqlarını unudaraq diqqətlərini əməkdaşlığa yönəldəcəklər. “LG Display”in vitse-prezidenti Sonq En Kvon qeyd edib ki, tərəflər əvvəllər yaranan problemləri dialoq yolu ilə həll edəcəklər.


Xatırladaq ki, “LG” ilk dəfə rəqibinə qarşı iddia qaldıraraq “Samsung”u məhkəməyə verib və onu “LCD” və “OLED” panellərin hazırlanmasına aid patent hüququnu pozmaqda təqsirləndirib. “Samsung” nümayəndələri bu qarşılıqlı iddia ilə cavab veriblər. Bundan sonra dəfələrlə danışıqlar masası arxasına otursalar da, indiyədək problemləri yoluna qoya bilməyiblər, - "Vesti” www.vesti.ru yazır.   


 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL