waplog

İnternet üzərindən aparılan nağdsız ödənişlər vətəndaşlara 2 ağlasığmaz mükafat qazanmağa imkan verir


Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə “MasterCard” beynəlxalq kart təşkilatı tərəfindən ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi, ödəniş kartı sahibləri tərəfindən nağdsız ödənişlərin aparılmasının stimullaşdırması məqsədilə təşkil olunan “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasının təqdimat mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev “MasterCard” beynəlxalq kart təşkilatının regional rəhbərliyinin ölkəmizin kart bazarının inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən və edilən əməkdaşlıqdan söz açıb. O, qeyd edib ki, dövlət başçısı tərəfindən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması istiqamətində verilən tapşırıqların icrası, habelə bütövlükdə nağdsız ödənişlərin genişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən həyata keçirilən kompleks tədbirlər nağdsız hesablaşmaların qabaqcıl ölkələrin səviyyəsinə çatdırılmasına öz müsbət təsirini göstərəcəkdir.
 
 
Sonra “MasterCard”ın Cənub-Şərqi Avropa üzrə baş direktoru Mete Güney çıxış edərək təmsil etdiyi təşkilatın missiyası və fəaliyyəti barədə məlumat verib.
 
“MasterCard”ın inkişaf etməkdə olan ölkələr üzrə meneceri Hakan Acar isə Mərkəzi Bankla sıx əməkdaşlıq nəticəsində Azərbaycanda “MasterCard ümummilli Çempionlar Liqası” kampaniyasını keçirməkdən məmnunluğunu ifadə edib: “Təhlükəsiz sadə smart həllərimizin köməyi ilə ölkənin maliyyə infrastrukturuna yatırımlar etməyə, habelə Mərkəzi Bank və digər dövlət təşkilatları tərəfindən idarə edilən nağdsız ödənişlərin genişləndirilməsi üzrə layihələri dəstəkləməyə davam edəcəyik”.
 
 
Qeyd edək ki, 01-31 oktyabr 2013-cü il tarixlərini əhatə edəcək kampaniyada ödəniş kartı sahibləri “MasterCard” brendli ödəniş kartları vasitəsilə ölkə daxilində və dünyanın istənilən yerində POS-terminalar vasitəsilə və internet (elektron kommersiya) üzərindən apardıqları nağdsız ödənişlər nəticəsində “UEFA” Çempionlar Liqası üzrə Türkiyədə keçiriləcək oyunu canlı izləmək şansı qazanacaqlar. Noyabr ayında elan ediləcək 3 qalibin hər biri üçün nəzərdə tutulmuş səyahət paketinə 2 nəfərlik (özü və əlavə bir nəfər) gediş-dönüş təyyarə biletləri, mehmanxana xərcləri və oyun biletləri daxildir.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL