Dünyanın alternativ enerji mənbələri ilə maraqlanan mütəxəssisləri Qazaxıstana toplaşacaqlar
Dünyanın alternativ enerji mənbələri ilə maraqlanan mütəxəssisləri 2017-ci ildə Qazaxıstana toplaşacaqlar. Belə ki, həmin il Astana şəhərində “Gələcəyin enerjisi” şüarı altında “Astana EKSPO 2017” sərgisi keçiriləcək. Azərbaycan Elmi İnnovasiyalar Mərkəzindən bildirilib ki, sərgi genişhəcmli əhatəli bir layihə kimi nəzərdə tutulub:
“Onun mövzusu hamının marağına səbəb olan enerjidir ki, bu da cəmiyyətlərin mövcudluğunu və insanların bu cəmiyyətlərdə gündəlik həyatlarını müəyyənləşdirən amildir. “Gələcəyin enerjisi” layihəsi konkret məqsədlər irəli sürür. Məqsəd faydalı enerji mənbələrinin inkişafına yönəlmiş strategiya, proqram və texnologiyaların tədqiqi, enerji təminatının etibarlılığı və səmərəliliyinin yüksəldilməsi, bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması, iştirakçılara enerji qoruyucu istehsal və enerji ehtiyatlarından səmərəli istifadə etmək planının hazırlanması və həyata keçirilməsində onların aktiv iştirakını göstərməkdir”.
Qeyd edək ki, sərgi çərçivəsində yaradılmış “http://www.expo2017astana.com” saytında maraqlananlar üçün Astana şəhərinə interaktiv tur da təşkil edilib. Həmçinin saytda 2017-ci il - konfrans gününə qədər müddəti göstərən, vaxtı il, ay, gün, saat, dəqiqə və saniyə ilə ölçən xüsusi sayğac da quraşdırılıb.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL