“Dell” biznesindən uzaqlaşmaq fikrində deyil
ABŞ-ın “Dell” korporasiyası kompüter biznesini qorumaqla səhmlərin özəl şəxslərə satılmasına baxmayaraq kənar şirkətlərin satın alınması ilə bağlı strategiyaya sadiq qalacaq. Bu barədə şirkətin top-meneceri bildirib. “Özəl şirkətə çevrilən “Dell” mövcud olduğu ilk gündən onun üçün xarakterik olan sahibkarlıq ruhunu bərpa edə biləcək”, - şirkətin təsisçisi və baş direktoru Maykl Dell bu fikirdədir.
Onun sözlərinə görə, yeni texnologiya və məhsulların alınmasına vəsaitlərin qoyuluşu davam etdiriləcək, satış sahəsindəki işçi heyətin tərkibi genişləndiriləcək, tərəfdaş proqramların sayı artırılacaq, bunun sayəsində isə şirkət inkişaf etməkdə olan bazarlarda öz mövqeyini möhkəmləndirə biləcək.
“Biz korporativ həllər və servislər sahəsində nəhəng “R&D” investisiyaları qoruyub saxlayacağıq. Bu sözlər heç vəchlə şirkətin kompüter biznesini tərk etməsi kimi başa düşülməməlidir”, - “Dell”in maliyyə direktoru Brayan Qladden qeyd edib.
Qeyd etmək lazımdır ki, 2013-cü ilin sentyabr ayının ortalarında “Dell”in səhmdarları Maykl Dell və “Silver Lake Partners” investisiya şirkəti tərəfindən qiymətli kağızların satın alınması şərtlərini təsdiqləyiblər. Şərtlərə əsasən Maykl Dell və “Silver Lake Partners” bir səhm üçün 13,75 dollar və 13 sent məbləğində xüsusi divident ödəyəcəklər. Başa çatması noyabrın 1-də gözlənilən “Dell”in özəlləşdirilməsi üzrə sövdələşmənin dəyəri ümumilikdə 24,9 milyard dollar qiymətləndirilir, - "DailyComm” www.dailycomm.ru yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL