AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı beynəlxalq akkreditasiya üçün audit olunur
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO 17021:2011 standartının tələbləri üzrə Türkiyə Akkreditasiya Qurumu (TürkAk) tərəfindən akkreditasiya olunmaq məqsədilə işləri davam etdirir. Hazırda bununla bağlı sertifikatlaşdırma orqanının fəaliyyəti müvafiq qaydada audit olunur. Komitədən bildirilib ki, 27 sentyabr 2013-cü il tarixinədək aparılacaq auditi TürkAk-ın ekspertləri həyata keçirirlər: “Onlar AzTEST-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanının fəaliyyəti ilə yanaşı, orqan tərəfindən İSO 9001:2008 standartı üzrə sertifikatlaşdırılmış müəssisələrin fəaliyyətini yoxlayacaqlar. Həmçinin AzTEST tərəfindən “AKKORD Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin Mingəçevir Maşınqayırma Zavodunda keciriləcək sertifikatlaşdırma xidməti türkiyəli ekspertlər tərəfindən izləniləcək”. Sonda nəticələrə əsasən sertifikatlaşdırma orqanının İSO17021:2011 standartı üzrə akkreditasiya olunması üçün TürkAk tərəfindən qərar qəbul olunacaq.
Qeyd edək ki, İSO 17021:2011 beynəlxalq standartı uyğunluğun qiymətləndirilməsi orqanlarına, auditin keçirilməsinə və menecment sisteminin sertifikatlaşdırılmasına olan tələbləri özündə əks etdirir. Bu standart əsasında beynəlxalq akkreditasiya sənədi almış orqanlar müəssisələrdə idarəetmə sistemlərinin müasir tələblər səviyyəsində sertifikatlaşdırılmasını həyata keçirə bilərlər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL