waplog

“Samsung” əyilən smartfonunu oktyabrda nümayiş etdirəcək


“Samsung” şirkəti əyilən OLED ekranla təchiz ediləcək ilk “Android” smartfonunun elan ediləcəyi tarixi açıqlayıb. Strateji marketinq üzrə şirkətin direktoru deyib ki,  bükük ekranlı cihaz oktyabrda təqdim ediləcək. Yeni aparat Cənubi Koreyada elan ediləcək.

Qeyd edək ki, elastik OLED ekranlar maye kristal ekranlarla müqayisədə daha parlaqdır və ayrıca işıqlandırma tələb etmir. Sözsüz ki sözügedən smartfon tamamilə elastik olmayacaq: akkumulyator və elaktron sxem kimi komponentlər buna mane olacaq. Üstünlüklərinə baxmayaraq, OLED ekranların qiyməti bahadır.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, bu il “Samsung” və “LG” şirkətləri artıq böyük televizorları sözügedən panellərlə təchiz etməyə başlayıb. Onların qiyməti 9 min dollardan başlanır.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL