waplog

Avqust ayında Dövlət Komissiyasına 35 elektron müraciət daxil olub



Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya avqust ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.

 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ötən ay ərzində komissiyanın elektron ünvanına 35 sorğu daxil olub.  Sorğulardan 12-si dövlət qulluğuna qəbul qaydaları ilə bağlı olub.

Bununla yanaşı, hər biri 3 ədəd olmaqla dövlət qulluğuna dair qanunvericilik, ümumi müsahibə və növbəti müsabiqənin vaxtı, hər biri 1 ədəd olmaqla ehtiyat kadrlar və digər məsələlərlə əlaqədar sorğular daxil olub. Sorğuların 2-si komissiyanın səlahiyyətinə aid olmayan məsələləri əhatə edib.

Eyni zamanda, vətəndaşlar tərəfindən komissiyanın elektron poçtuna 9 “CV” göndərilib. Həmçinin, müvafiq dövr ərzində komissiyaya elektron formada 1 təklif ünvanlanıb.

Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL