waplog

Çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımı uğurla davam edir



Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  "Teleradio" İstehsalat Birliyi ölkə ərazisində ilk dəfə Gəncə şəhərində çoxproqramlı rəqəmli televiziya proqramlarının kommersiya yayımına başlayıb.

"Teleradio"dan "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, yayımın təşkili məqsədi ilə Gəncə filialında "Vigintos Elektronica" şirkətinin istehsal etdiyi 1.2 kVt-lıq 4 DVB-T verici və digər tələb olunan texniki imkanlar, proqram təminatı yaradılıb və əhaliyə yüksəksəviyyəli xidmətlər təqdim edilib. 

Kommersiya yayımının həyata keçirilməsi nəticəsində, Gəncə şəhərinin və ətraf ərazilərin əhalisi Azərbaycan, Rusiya, Türkiyə və digər ölkələrin uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş 54 ədəd müxtəlif televiziya proqramını izləmək şansı əldə ediblər. İstifadəçi sayının artırılması üçün kommersiya yayımı paketinin qiyməti əhalinin sosial durumuna uyğunlaşdırılıb.

Kommersiya yayımına qoşulmaq üçün "Teleradio" İstehsalat Birliyinin Gəncə Radio Televiziya Yayım Filialına müraciət olunmalıdır. Xidmətlərə abunə olmaq üçün birdəfəlik 52 manat ödəməklə (biraylıq abunə haqqı daxil), qəbuledici avadanlığa və karta sahib olmaq kifayətdir. 

Aynur Vəliyeva
 
 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL