waplog

Azərbaycan Dövlət Statistika Komitəsinə İSO 9001:2008 standartı üzrə sertifikat verilib


Azərbaycan Dövlət Statistika Komitəsinin statistika praktikasında istifadə etdiyi qayda və standartların beynəlxalq standartların tələblərinə tam uyğunlaşdırılması və aparılan islahatlara xüsusi diqqət yetirilməsi nəticəsində İSO 9001:2008 standartı üzrə sertifikat alıb.

Komitədən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Bureau Veritas” şirkəti tərəfindən Dövlət Statistika Komitəsinə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsi və İSO 9001:2008 standartı üzrə 3 il müddətinə sertifikat verilib.
 
Dövlət Statistika Komitəsində 2010-cu ildə Avrostat, AATA (Avropa Azad Ticarət Assosiasiyası) və Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən aparılmış Qlobal Qiymətləndirmə zamanı verilmiş tövsiyələrin icrası və rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsində keyfiyyətin idarə olunması sisteminin qurulması və tətbiqi məqsədilə, “Dövlət Statistika Komitəsində keyfiyyətin idarə olunması və metaməlumatlar sisteminin yaradılmasına dair 2012-2013-cü illər üzrə fəaliyyət planı” təsdiq edilib və kompleks tədbirlər həyata keçirilib. İSO 9001:2008 Keyfiyyətin idarə olunması standartı çərçivəsində siyasət və məqsədlər bəyan edilib, keyfiyyət üzrə Əlaqələndirmə şurası yaradılıb, rəhbərliyin keyfiyyət üzrə nümayəndəsi təyin edilib, keyfiyyətin idarə edilməsi sisteminin sənəd toplusu (keyfiyyət üzrə vəsait - I, II nəşrlər) hazırlanıb, bütün sahələr üzrə statistik proseslərin xəritələri işlənib və təsdiq edilib.
 
2013-cü ilin yanvar ayından başlayaraq komitənin bütün şöbələrində daxili auditlərin aparılması təşkil edilib, 1000-dən çox statistik göstəriciyə, 250-dən çox statistik hesabata dair metaməlumatlar və 23 adda əsas statistik məhsullara dair keyfiyyət məruzələri işlənib hazırlanıb, komitənin rəsmi saytı tamamilə yenilənib və yeni interfeysdə istifadəçilərin istismarına verilib.
 
Görülmüş işlərin məntiqi nəticəsi olaraq, sınaq, təftiş və sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan “Bureau Veritas” şirkətinin yerli nümayəndəliyi tərəfindən kənar (xarici) audit təşkil edilib.

Aynur Vəliyeva




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL