2013-cü ildə 60 milyon planşetofon istehsal ediləcək
Böyük ölçülərinə görə "planşetofon"lar tənqid edilməsinə baxmayaraq, bu qurğuların satış həcmi heç də pis deyil. Lakin hazırda smartfon bazarında planşetofonların payı azdır və onların populyarlaşması üçün ilk əvvəl bir neçə problemi həll etmək lazımdır.
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Canalys” şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ilin yekununa görə 993 milyon smartfon çıxarılacaq ki, onların da 60 milyonunda ekranın ölçüsü 5,1-6 düym təşkil edəcək.
"Biz böyük ekranlı telefonlara tələbat olduğunu görürük, lakin bazarda əlçatan telefonların 90%-dən çoxunda ekranın diaqonalı 5 düymdən aşağıdır" – analitik Reyçel Leşford deyib.
Leşford, həmçinin vurğulayıb ki, “Samsung” şirkəti planşetofon seqmentində öncüllərdəndir və hazırda güclü reklam nəticəsində liderdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL