waplog

“Toshiba” Tailandda istehsalı bərpa edir



“Toshiba” Tailandda yerləşən və “Toshiba Group” şirkətlər qrupuna daxil olan “Toshiba Semiconductor (Thailand) Co., Ltd. (TST)” şirkətinin yarımkeçirici məhsulların istehsalı üzrə yeni müəssisəyə köçməsinin başa çatdırılmasını və tammiqyaslı işə başlamasını açıqlayıb. Bu, 2011-ci ildə baş verən dağıdıcı daşqınlardan sonra şirkətin tam bərpa olunması deməkdir.      
   
Banqkokun şimal-şərqinin 140 km-də olan yeni istehsal yeri Praçinburi əyalətinin sənaye parkının ərazisində yerləşən müəssisədir. Tikinti işlərinə 2012-ci ildə başlanıb, məhdud istehsala cari ilin aprelində başlanıb və hazırda müəssisə cari məhsuldarlıq gücü ilə fəaliyyət göstərir.  

Qeyd edək ki, “TST” şirkəti 2011-ci ilin oktyabrında daşqınlar nəticəsində Banqkadi sənaye parkında yerləşən zavodu su basanda istehsalı dayandırmaq məcburiyyətində qalıb. İşin məcburi dayandırılması zamanı “Toshiba” şirkəti istehsalı Yaponiya və Malayziyadakı müəssisələrə köçürüb. “TST”-nin yeni zavodunun açılması ilə “Toshiba” əvvəllər Tailandda həyata keçirilən bütün əməliyyatları tədricən bərpa etməyi planlaşdırır, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL