waplog

AzTU-da texnologiyaların yayılması menecmenti üzrə layihənin tətbiqinə başlanılır



Azərbaycan Texniki Universitetinin Ukrayna  Milli  Texniki  Universiteti  ilə  müştərək  hazırladığı  "Texnologiyalar  transferi  menecmenti  üzrə tədris  proqramının  MDB  dövlətlərində - Azərbaycan,  Gürcüstan,  Qazaxıstan,  Moldova  və  Özbəkistanda  yayılması"  haqqında  beynəlxalq  layihəsi  Ukrayna  Elm-Texnologiya  Mərkəzinin  keçirdiyi  müsabiqədə  qalib  gəlib.

AzTU-dan verilən məlumata görə, Amerika  Birləşmiş  Ştatları  Dövlət  Departamenti  və  Avropa  İttifaqının  maliyyələşdirdiyi  bu  layihə  bir  il  müddətində  yerinə  yetiriləcək.  Layihə  çərçivəsində  görüləcək  işlərə  Ukrayna  Elm-Texnologiya  Mərkəzi  nəzarət  edəcək.

Layihə  intellektual  mülkiyyət  hüquqları,  biznesin  təşkili  və  həyata  keçirilməsi,  texnologiyaların  yayılması  menecmenti  üzrə  tədris-məsləhət  mərkəzlərinin  yaradılmasını  nəzərdə  tutur.

Azərbaycan  Texniki  Universitetində  layihənin  həyata  keçirilməsi  ilə  bağlı  treninqlərə  başlanılıb.
Layihə  ilə  bağlı  keçirilən  ilk  toplantıda  onun  rəhbəri -  Azərbaycan  Texniki  Universitetinin  Beynəlxalq  Əlaqələr üzrə  prorektoru,  professor  Mustafa  Babanlı  bu  sənədin  qarşıya  qoyduğu  məqsəd  və  vəzifələrdən danışıb.

CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL