“Panasonic” kütləvi smartfon istehsalına “son” dedi
“Apple” və “Samsung” kimi nəhənglərlə rəqabət aparmağa cəhd edən “Panasonic” şirkəti kütləvi bazar üçün smartfon istehsalının dayandırılması haqqında məlumat verib. İki ay bundan əvvəl Yaponiyanın başqa elektron nəhəngi – “NEC” şirkəti müvafiq qərar qəbul edib. O, biznesi tərk etdiyini elan edib.
“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, lakin “NEC” şirkətindən fərqli olaraq, “Panasonic”in strategiyasına yalnız kütləvi bazarı tərk etmək daxildir. Şirkət öz diqqətini daha çox korporativ istifadəçilər üçün adi telefonlara cəmləyəcək. Yaponiyada əvvəlki kimi sadə telefonlar populyardır: mobil telefon satışlarının təxminən 30%-i onların payına düşür, lakin bu göstərici azalmağa davam edir.
2013-cü ilin ikinci rübünün yekununa görə, “Panasonic” şirkətinin xalis mənfəəti 107,8 milyard yena (təxminən 1,08 milyard dollar) olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 742% çoxdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL