waplog

“Bakcell” şirkəti: “Azərbaycanın mobil internet bazarında yeni “4G” xidmətlərinə tələbat var”



Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin şəbəkəsindən istifadə edən abunələrin 50%-dən çoxu aktiv şəkildə daimi internetdən istifadə edirlər.

Şirkətin baş direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Sür@t” internetindən istifadə edən istifadəçilərin sayı getdikcə artır.

“Artıq yerli mobil internet xidmətləri bazarında son nəsil texnologiyaları dəstəkləyən mobil qurğuların, smartfonların sayı artır və bir növ bizim tərəfdən təqdim edilən xidmətlərlə bazarda çıxarılan məhsullar arasında balans yaradılır. Buna görə biz yaxın gələcəkdə LTE şəbəkəsinin yaradılması haqda düşünəcəyik”,- deyə o bildirib.

R. Şirerin sözlərinə əsasən, hazırda “Bakcell” şəbəkəsində 2400-dən artıq baza stansiyası mövcuddur, onun 1000-dən çoxu “3G” texnologiyası üzərində qurulub.

“Bununla yanaşı, biz binadaxili sistemlərin avadanlıqların quraşdırılmasına sərmayələr qoyuruq və bu gün böyük binalarda, biznes mərkəzlərində bu avadanlıqlar quraşdırılır ki, yüksəkkeyfiyyətli internet xidmətlərindən istifadə etmək imkanı təmin edilsin. Bu il şəbəkənin inkişafına  70 milyon dollardan artıq sərmayə qoyulub. İnternet istifadəçilərinin sayı ilə yanaşı, onların istifadə etdikləri internetin həcmi də getdikcə artır, bu da növbəti, dördüncü nəsil internet xidmətlərinin bazasının yaranmasının göstəricisidir və artıq demək olar ki, bu xidmətlərə tələbat var”,- deyə o qeyd edib.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL