waplog

Yarımkeçiricilər bazarının lideri bəlli oldu



Çin smartfon və planşetlərin ən iri və sürətlə artan bazarlarından biri hesab olunur. Bunun sayəsində ölkə getdikcə daha çox (dünya miqyasının yarısından çoxu) yarımkeçirici məhsullardan istifadə edir. Bu barədə PricewaterhouseCoopers (PwC) beynəlxalq tədqiqat şirkətinin məlumatında deyilir.


Bildirilir ki, 2012-ci ildə Çin bazarının payı dünyada sərf olun yarımkeçiricilərin 52,5 faizini təşkil edib. Çinin yarımkeçiricilər bazarının həcmi 8,7 faiz artıb, halbuki dünya bazarının həcmi 3 faiz azalıb. Analitiklərin fikrincə, Çin yarımkeçiricilər sahəsində liderliyini qoruyacaq, habelə 2017-ci ilədək dünya çip bazarının ümumi həcminin 60 faizi bu dövlətin payına düşəcək.
Dünyada istehsal olunan kompüterlərin 90 faizi, televizorların yarıdan çoxu, mobil telefon və rəqəmli kameraların dörddə bir hissəsi Çində yığılır ki, bu məhsullarda da yarımkeçiricilərdən geniş istifadə olunur.

Hesabatda o da qeyd edilir ki, elektronika istehsalı üçün avadanlığın 34,2 faizini Çin tədarük edir. 2012-ci ildə qeydə alınan bu rəqəm bir il əvvəlki göstəricini 2 faiz üstələyir. "PwC" nümayəndələrinin proqnozuna görə, 2017-ci ildə bu avadanlığın 40 faizi bu ölkədə buraxılacaq.
Bununla yanaşı, ABŞ-da getdikcə Çinə inam azalır, çünki "Boston Consulting Group" (BCG) tərəfindən aparılan tədqiqatın nəticələrinə əsasən, istehsal gücünü Çinə keçirməyi planlaşdıran ABŞ-ın nəhəng şirkətləri rəhbərlərinin sayı son yarım ildə iki dəfə artaraq 50 faizi ötüb, - "DailyComm.www.dailycomm.ru" yazır.    

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL