“Bloomberg” TV-də Azərbaycanın inkişafına, o cümlədən informasiya-kommunikasiya texnologiyalarına dair videoçarxlar nümayiş olunur
Dünyanın nüfuzlu xəbər yayımı qurumlarından olan "Bloomberg LP" şirkətinin televiziya kanalında Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, qazanılmış böyük nailiyyətləri əks etdirən videoçarxlar nümayiş olunur.
Videoçarxlardan biri Azərbaycan iqtisadiyyatının ümumi inkişafına, digər 8-i isə informasiya-kommunikasiya texnologiyaları, sənaye, enerji, kənd təsərrüfatı, turizm, alternativ enerji, nəqliyyat və idman sahəsindəki uğurlarımıza həsr edilib. Bu barədə məlumat verən İqtisadi İnkişaf Nazirliyindən bildirilib ki, videoçarxlar "Bloomberg TV Avropa" və "Bloomberg TV Amerika" telekanallarında gün ərzində ən baxımlı saatlarda ("prime time") yayımlanır.
Sentyabrın 23-dən etibarən telekanallarda göstərilən videoçarxların yayımı dekabrın 16-dək davam etdiriləcək. Videoçarxları oktyabr ayından etibarən "www.bloomberg.com" internet səhifəsində də izləmək mümkün olacaq.
Qeyd edək ki, "Bloomberq" televiziyası dünyada 245 milyon abonentə yayımlanır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL