Məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni telefonlaşdırılır
Ağcabədi rayonunun Taxtakörpü ərazisində laçınlı məcburi köçkünlər üçün salınan yeni qəsəbədə 512 nömrəlik ATS quraşdırılaraq müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib. Hazırda qəsəbədə daxili xətt təsərrüfatının tikintisi aparılır.
“Aztelekom” İB-dən verilən məlumata görə, qəsəbənin telefonlaşdırılması məqsədilə nəzərdə tutulan layihənin həyata keçirilməsi nəticəsində hər bir məcburi köçkünün mənzilini yüksəkkeyfiyyətli rabitə xidməti ilə təmin etmək mümkün olacaq. Bundan başqa ərazi Laçın Rabitə Qovşağı tərəfindən poçt rabitə xidməti ilə də təmin edilir.
Qeyd edək ki, 50 illik yubileyini məcburi köçkünlərlə bir arada qeyd edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi qəsəbədə 360 yerlik orta məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, yanğınsöndürmə deposu, hər birinin tutumu 50 kubmetr olan iki su anbarı tikilmiş, müasir sutəmizləyici qurğular quraşdırılıb.
14 kilometr uzunluğunda magistral içməli su xətti, 110/10 kilovoltluq elektrik yarımstansiyasını qidalandırmaq üçün 20,3 kilometr uzunluğunda elektrik verilişi və təbii qaz xətləri çəkilib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL