Pul nişanlarının istehsal texnologiyaları və saxtalaşdırılması mövzusunda növbəti tədbir keçirilib
Mərkəzi Bankda pul nişanlarının saxtalaşdırılmasına qarşı növbəti tədbir başa çatıb. Bankdan bildirilib ki, pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin beynəlxalq standartlaşdırılması layihəsi çərçivəsində pul nişanlarının istehsal texnologiyaları və ekspertizası sahəsində dünyanın aparıcı şirkəti olan “Secure Monde İnternational” (Böyük Britaniya) şirkəti tərəfindən seminar keçirilib.
Seminarda Mərkəzi Bankın baş direktoru Aqşin Vəliyev bildirib ki, ölkə iqtisadiyyatının, eləcə də bank və ödəniş sistemlərinin dinamik inkişafı və dayanıqlı makroiqtisadi sabitlik şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaradıb:
“Belə bir şəraitdə Azərbaycan manatının saxtalaşdırılması üzrə potensial risklər artır. Bu isə öz növbəsində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizədə müvafiq institusional infrastrukturların yaradılması və inkişafını, bu sahədə müvafiq dövlət orqanları arasında koordinasiyanın genişləndirilməsini tələb edir. Bu məqsədlə Mərkəzi Bank tərəfindən görülən tədbirlər çərçivəsində potensial risklərin daha effektiv idarə edilməsi istiqamətində pul nişanlarının ekspertizası işinin beynəlxalq standartlaşdırılması və müasir dünya təcrübəsinə uyğun ekspertiza işinin institutlaşması layihəsinə start verilib”.
Layihə çərçivəsində pul nişanlarının və qiymətli kağızların ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə müasir texnoloji sistemlərin alınması və tətbiqi, müvafiq kadr potensialının yaradılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL