waplog

Stiv Balmer həmkarları ilə Maykl Ceksonun mahnısının müşayiəti ilə vidalaşıb


“Microsoft”un əməkdaşları ilə illik görüşdə şirkətin direktoru Stiv Balmer kollektivlə göz yaşları içərisində vidalaşıb.

Xatırladaq ki, 57 yaşlı Balmer öz vəzifəsini gələn il tərk edəcək.

“ICTnews” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, ekspertlər qeyd ediblər ki, şirkət rəhbərliyinin dəyişilməsi olduqca kritik anda (Microsoft mobil rabitə bazarında itirilmiş mövqeyini geri qaytarmağı elan edəndə) baş verir.

Lakin Balmer heç də narahat deyil. O, Maykl Ceksonun “Wanna be Startin Somethin” mahnısı ilə oynayıb və deyib ki, “Microsoft” korporasiyası dünyanı yenidən dəyişdirəcək.

“Microsoft”un yeni direktoru haqqında heç bir məlumat yoxdur.

Emil Hüseynov
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL