“Sharp” şirkəti “Windows” ilə işləyən planşet təqdim edib
Yaponiyanın “Sharp” şirkəti bu gün Tokioda öz işinə başlamış “CEATEC 2013” sərgisində “IGZO” adlı qabaqcıl ekran və “Windows 8” əməliyyat sistemi ilə işləyən ilk planşetini nümayiş etdirib. “Mebius Pad” adlanan yeni planşet 2560x1600 piksel təsvir ölçüsünə malikdir.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Mebius Pad” planşeti dördnüvəli “Atom Z3370” prosessoru ilə işləyir. “Sharp” şirkətindən bildirilib ki, planşetin baza versiyasına “Windows 8” əməliyyat sistemi quraşdırılıb, lakin “Microsoft” şirkəti “Windows 8.1” əməliyyat sistemini çıxaran kimi yeniləmə paketini cihaza ödənişsiz quraşdırmaq mümkün olacaq.
Planşet toz və sukeçirməz korpusla təchiz olunub. 2014-cü ilin əvvəlində Yaponiyada planşetin LTE şəbəkələrini dəstəkləyən versiyası da çıxarılacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL