waplog

“Siemens” 15 min nəfəri işdən çıxaracaq


Almaniyanın “Siemens” mühəndislik şirkətinin yeni baş direktoru Co Kayzer bazarda ABŞ-ın “General Electric” şirkəti ilə uğurla rəqabət aparmaq üçün işçi heyətində əlavə ixtisarlar etməyi planlaşdırdığını bildirib. Şirkətin mətbuat xidmətindən bildirilib ki, 15 min nəfərin işdən azad ediləcəyi nəzərdə tutulur ki, bu da “Siemens”in 370 mindən ibarət ümumi ştatının 4 faizini təşkil edir.  

“Siemens” nümayəndələri qeyd edib ki, işdən azad olunanların təxminən üçdə bir hissəsi şirkətin Almaniyada çalışan işçiləridir. Xatırladaq ki, bir müddət əvvəl Avropanın nəhəng mühəndislik şirkətlərindən biri olan “Siemens” dünya üzrə şirkətin ştat vahidinin 8 min azaldılmasını planlaşdırdığını bəyan edib. Bu dəfə isə “Siemens” işdən azad olunan işçilərin sayını təxminən 2 dəfə artırıb.   


Almaniya istehsalçısı şirkətin illik mədaxilinin 12 faiz artırılmasını nəzərdə tutan plan hazırlayıb. Bununla eyni vaxtda şirkət cari ilin yayında dəmir yolu və enerji həlləri bölmələrində yol verilən itkiləri kompensasiya etmək üçün 6,3 milyard avro məbləğində vəsaitlərin qənaət olunması planını təsdiq edib. Hazırda “Siemens”də ümumilikdə sənaye, yüksək texnologiyalar, tibb və s. sahələrdə müxtəlif həllərlə məşğul olan 60 bölmə fəaliyyət göstərir.   

İlkin məlumatlara əsasən, Almaniyada şirkətin sənaye bölməsində 2 min, energetika sektorunda 1400 nəfər, şəhər həlləri bölməsində 1400 nəfər çalışır. Bundan başqa, 200 nəfər inzibati işçi heyətini təşkil edir, - "Cybersecurity www.cybersecurity.ru” yazır.  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL