waplog

“Apple” şirkəti “Nike”ın aparıcı dizaynerini özünə cəlb edib


"Apple" şirkəti "Nike"ın aparıcı dizaynerlərindən biri Ben Şafferi işə götürüb. Qeyd edək ki, o, "Nike" şirkətində eksperimental məhsulların layihələndirilməsi bölməsinə rəhbərlik edib. Həmçinin "Flyknit" krassovkaları, həmçinin istirahəti sevənlər üçün "Nike FuelBand" fitnes-qolbağı və addımölçənin hazırlanmasında iştirak edib.

"ICTnews" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki,  "Apple"ın top-menecerləri Nike məhsullarından istifadəyə üstünlük verirlər. Məsələn, "Apple" şirkətinin baş direktoru Tim Kuk və keçmiş vitse-prezident Bob Mansfild "FuelBand"dan istifadə edir. Şayiələrə görə, Şaffer "Apple" şirkətində "iWatch" "ağıllı" saatları və başqa ələ taxılan elektronikanın işlənib hazırlanması ilə məşğul olacaq. "Alma" şirkəti, həmçinin "ağıllı" ayaqqabıya maraq göstərir.

Şaffer məhz "Apple" şirkətinə lazım olan insandır. O, Conatan Ayv kimi eyni prinsipləri rəhbər tutur: məhsulun son versiyasını çıxarmazdan əvvəl onlarla prototip yaradır.

"Nike" şirkəti Şafferin gedişini təsdiqləyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL