waplog

“Huawei” hər yarımildə baş direktorunu dəyişəcək



Çinin nəhəng elektronika istehsalçılarından biri “Huawei” Erik Ksunun şirkətin yeni rəhbəri təyin olunmasını bəyan edib. Lakin o, şirkəti cəmi il yarım – 2013-cü il oktyabrın 1-dən 2014-cü il martın 31-dək idarə edəcək.  
Bu, şirkətin idarə olunması üzrə yeni sınaq sxeminin tərkib hissəsidir. İl yarım ərzində 3 seçilən şəxs şirkətin rəhbəri vəzifəsini icra edəcək.

Onlar idarəçilik, nümayəndəlik funksiyaları və digər idarəetmə vəzifələrinin yerinə yetirilməsinə məsul olacaqlar. Yeni direktorlar şirkətin müxtəlif şöbələrindən – marketinq, tədqiqat və digər şöbələrdən seçiləcək. Bu insanlar baş direktor vəzifəsini icra edərkən daimi vəzifələrini qoruyub saxlayacaqlar.

Şirkətin təsisçisi Ren Çjenfeyin bildirdiyinə görə, yeni sistem “Huawei” şirkətinə hazırda Çində baş verən sürətli dəyişikliklər şəraitində çevikliyini qorumağa imkan verəcək. “Zəmanəmizdə hər şey çox tez dəyişir, şirkətlərin bir qismi dərhal uğur qazanır, digərləri uğursuzluqla üzləşir. “Huawei” sürətlə dəyişən cəmiyyətə uyğunlaşmaq üçün hələ ki yaxşı üsul tapmağa nail olmayıb. Zaman şirkət rəhbərinin dəyişdirilməsi üzrə yeni sistemin nə dərəcədə uğurla nəticələnəcəyini göstərəcək”, - o qeyd edib.


Qeyd edək ki, “Huawei” 1987-ci ildə Ren Çjenfey tərəfindən yaradılıb. 2011-ci ildə Ken Xu yeni rəhbər təyin edilənədək şirkət təsisçisi korporasiyanı müstəqil idarə edib. 2012-ci ildə şirkət rəhbərliyinə Quo Pin gəlib və bununla da Erik Ksu şikrətin dördüncü rəhbəri olacaq, - “Vesti” www.vesti.ru yazır.   
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL