waplog

Avrasiya Rabitə Alyansının dekabr ayınadək strukturu formalaşdırılacaq



BMT-nin Baş Assambleyasının 67-ci sessiyası zamanı Azərbaycan hökumətinin təşəbbüsü ilə irəli sürülmüş "Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM)" layihəsinin yaradılması çərçivəsində Avrasiya Rabitə Alyansının (ABA) strukturunun hazırlanması üzrə işlərə başlanılıb.

"TASİM" layihəsi üzrə işçi qrupun rəhbəri Zaur Həsənovun "ICTnews" xəbər xidmətinə verdiyi məlumata əsasən, bu təşəbbüs Azərbaycan tərəfindən "Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamənin müzakirəsinə həsr olunmuş  sessiyada irəli sürülüb.
"Artıq Avrasiya Rabitə Alyansının strukturunun formalaşdırılması üzrə işlərə başlanılıb və alyans bu ilin dekabr ayınadək işə başlayacaq",-deyə o bildirib.

"Daha yaxşı bağlantı və telekommunikasiya tranzit marşrutları üçün əməkdaşlığı inkişaf etdirmə" başlıqlı qətnamə layihəsi "Trans-Avrasiya Super İnformasiya  Magistralı" haqda 67/194 saylı qətnamənin davamıdır və davamlı inkişaf üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində regional və beynəlxalq əməkdaşlığı asanlaşdırmaq üçün nəzərdə tutulub.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL