waplog

“Microsoft Azərbaycan” şirkəti təhsil sisteminin gələcəyini “bulud” texnologiyalarında görür


Bakıda "Microsoft Azərbaycan" şirkətinin təşkilatçılığı ilə "Bulud üzərində təhsil" mövzusunda seminar keçirilib.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə Azərbaycanın ali və orta təhsil müəssisələrinin nümayəndələri, şagird və tələbələr, həmçinin, "Microsoft Azərbaycan" şirkətinin yerli tərəfdaşları iştirak edib.
 
Seminarda çıxış edən "Microsoft Azərbaycan" şirkətinin "Təhsildə Əməkdaşlıq" Proqramının rəhbəri Emin Axundov tədbir iştirakçılarına "bulud" texnologiyalarının İT sahəsinin inkişafında əsas alətlərdən biri olduğunu diqqətə çatdırıb və bildirib ki, hazırda bu texnologiyalar təhsil sisteminə öz müsbət təsirini göstərir.
 
"Biz "Microsoft Azərbaycan" şirkəti olaraq ölkənin müasir təhsil sisteminə böyük önəm veririk və keçirdiyimiz seminarın əsas məqsədi gələcəyin təhsili haqqında baxışlarımızı tədbir iştirakçılarına çatdırmaq və "Microsoft"un təhsilə uyğunlaşdırılmış ən yaxşı praktiki həllərini nümayiş etdirməkdir. Zaman keçdikcə, insanların iş, tədris və yaşam tərzi dəyişir. Müasir iqtisadi və sosial şəraiti nəzərə alaraq, bir çox ölkələr gələcəkdə keyfiyyətli təhsil sisteminə ümid bəsləyir. Biz gələcəyin təhsil sistemini fərdiləşdirilmiş tədrisin hər zaman və hər yerdə olmasında görürük", - deyə o bildirib.
 
E.Axundov əlavə edib ki, artıq Azərbaycanda bir çox sahələrdə "bulud" texnologiyaları tətbiq olunur və "Microsoft Azərbaycan" şirkəti sözügedən texnologiyaları təhsil sisteminə yönəltmək niyyətindədir.
 
Tədbir zamanı "bulud" həlləri ilə yanaşı, "Microsoft Virtual Academy" və "Microsoft IT Academy" proqramları haqqında da məlumat verilib və qeyd olunub ki, "bulud" texnologiyaları əsasında yaradılan bu proqramlar hər bir tələbəyə onlayn rejimdə, internet vasitəsilə əlavə təlimlər keçməyə və imtahan verərək sənaye sertifikatlarını almağa imkan yaradır.
 
Bundan başqa, seminarda "Microsoft"un yeni "Office" proqramlar dəsti və bu dəstin təhsildə geniş istifadə etmək imkanlarına toxunulub və bildirilib ki, yeni "Office" vasitəsilə "müəllim-tələbə" qarşılıqlı əlaqəni daha da yaxşılaşdırır.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL