waplog

Artıq sahibkarlar güzəştli kreditləri elektron qaydada əldə edə biləcəklər



Sahibkarlara güzəştli kreditləri elektron qaydada əldə etmək imkanı yaradılıb.
 
İqtisadi İnkişaf Nazirliyinə verilən məlumata görə, güzəştli kredit əldə etmək istəyənlər müvəkkil kredit təşkilatlarına elektron müraciət edə biləcək, müraciətlərə qanunvericiliyə uyğun baxıldıqdan sonra müvafiq sənədlər elektron formada Sahibkarlığa Kömək Milli Fonduna təqdim ediləcək, həmçinin fondun layihə barədə rəyi elektron qaydada müvəkkil kredit təşkilatına qaytarılacaq və bu barədə məlumatlar sahibkarların elektron ünvanına göndəriləcək.

Beləliklə, sahibkarların güzəştli kredit almaq üçün müraciətindən başlamış, kredit vəsaitinin onun bank hesabına ödənilməsinədək bütün proses elektron qaydada həyata keçiriləcək. Sahibkarlar bu imkanı fondun rəsmi internet saytına – www.anfes.gov.az daxil olmaqla əldə edə bilərlər.
 
Kamal Hacıyev

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL