waplog

“Vertu” 5 min avroluq smartfon təqdim edib


“Vertu” şirkəti bu gün “Constellation” seriyasından yeni smartfon təqdim edib. “Android 4.2” əməliyyat sistemi ilə işləyən aparat oktyabrın sonunda satışa çıxarılacaq və qiyməti 5100 avro olacaq.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, smartfonun xüsusiyyətləri dəridən işlənmiş titan korpusa (açıq-qəhvəyi, qara, narıncı, tünd qəhvəyi və tünd qırmızı) malik olması və ekranın üzərini örtən qoruyucu sapfirli şüşədir.

Qoruyucu sapfirli şüşənin ölçüsü (5,1 düym) ekranın öz ölçüsündən  (4,3 düym) böyükdür. İstehsalçı iddia edir ki, sözügedən qoruyucu şüşə sayəsində ekran bir metr hündürlükdən düşən 200 qr-lıq polad kürənin zərbəsinə tab gətirmək iqtidarındadır.

“Constellation” smartfonunda ekranın təsvir ölçüsü 1280x720 nöqtə təşkil edir. Smartfon “Snapdragon S4” ikinüvəli prosessoru və iki kamera (13 və 1,3 meqapiksellik) ilə təchiz edilib. Aparat “Wi-Fi”, “Bluetooth” və “NFC” modullarını dəstəkləyir və 32 QB həcmində daxili yaddaşa malikdir. “LTE” şəbəkələrinə qoşulmaq imkanına malik deyil.

“Vertu” şirkəti 1998-ci ildən fəaliyyət göstərir və elit mobil telefon istehsalı üzrə ixtisaslaşıb. Qiyməti 100 min dollarla ölçülən “Vertu” aparatları texniki imkanlarına görə çox vaxt ucuz qurğulardan geri qalır, lakin bahalı materiallardan işlənib hazırlanır.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL