waplog

“Apache” veb-serverinin populyarlığı azalır


“Netcraft” veb-monitorinq şirkəti 2013-cü ilin sentyabr ayının nəticəsinə görə internetdə fəaliyyət göstərən saytların sayı haqqında hesabat dərc edib.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki,  sözügedən şirkətin məlumatlarına əsasən, şəbəkədə işləyən veb-saytların və bloqların sayı 767234152 olub ki, bu da ötən illə müqayisədə 28,2 milyon çoxdur.

Hesabat müəllifləri qeyd edirlər ki, “Apache” veb-serverinin bazar payı 45%-dək azalıb. Bu, son 15 ildə ən aşağı göstəricidir.

“Microsoft IIS” serveri öz bazasını 16,5 milyon host artırıb.

Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL