waplog

“SAP” yeni vençur fonduna 650 milyon dollar yatıracaq


Almaniyanın biznes üçün proqram təminatı istehsalçısı "SAP" şirkəti kapitalı 650 milyon dollardan ibarət yeni "SAP Ventures Fund II" vençur fondunun yaradılmasını elan edib. Bu barədə şirkətin məlumatında deyilir.
Fond Kaliforniyada yerləşməklə "SAP"-dan asılılığı olmayan müstəqil təşkilatdır. Fond tərəfindən maliyyələşdirilən yeni layihələr, xüsusilə diqqətini biznes üçün informasiya texnologiyalarının yaradılmasına yönəldən sahibkarlar "SAP" ilə fəal əməkdaşlıq edir.

"SAP"-ın yeni layihələrə fəal investisiyalar yatırmaq təcrübəsi var. Belə ki, 2011-ci ildə 353 milyon dollarlıq kapitalla "SAP Ventures Fund I", daha sonra digər vençur fondları, o cümlədən "Data Collective" və "August Capital" kimi fondları dəstəkləyən və kapitalı 405 milyon dollar təşkil edən "SAP HANA Real Time Fund" fondları formalaşdırılıb. "SAP"-ın yeni fondu nəhəng investisiya təşkilatları siyahısında yer alacaq.

Qeyd edək ki, dünyada nəhəng vençur fondlarından biri kapitalı 1,2 milyard dollara yaxın, illik investisiyaları isə 300 milyon dollar olan "Google Ventures" hesab olunur. "Intel" şirkətinin "Intel Capital" fondu ildə 300-500 milyon dollar məbləğində investisiya yatırır və 1,5 milyard dollarlıq kapitala malikdir. Bundan başqa, mobil prosessorlar istehsalçısı "Qualcomm" 800 milyon dollarlıq kapitala malik vençur fond yaradıb.

"SAP" mənzil-qərargahı Valdorf şəhərində yerləşməklə təşkilatlar üçün proqram təminatı istehsalında ixtisaslaşan Almaniya şirkətidir. Şirkətin 2013-cü ilin birinci yarısında xalis gəliri 1,7 milyard dollar təşkil edib, - "Digit www.digit.ru" yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL