waplog

“Dell” şirkəti “Windows 8.1” əsasında yeni planşet və noutbuk təqdim edib


"Dell" şirkəti "Intel Atom Bay Trail" prosessorları və "Windows 8.1" əməliyyat sistemi üzərində işləyən "Venue Pro" planşetləri daxil olmaqla, yeni portativ qurğular seriyasını təqdim edib.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, yeni portativ qurğular xəttinin relizi oktyabrın 18-də gözlənilir.

Şirkət bu gün 8 düymlük kompakt versiyası ilə yanaşı, 11 düymlük versiyanı da nümayiş edib. Lakin "Dell" şirkəti bununla heç də noutbuk bazarını tərk etməyi planlaşdırmır və üç yeni "XPS" ultrabukunu, o cümlədən 11 düymlük modeli, ayrılmış qrafika və displeyli  15,6-düymlük istifadəçinin baxışını tutan, 3200x1800 superyüksək ölçüyə malik olan modeli təqdim edib.

Daha müasir "Venue 11 Pro" modeli 10,8 düymlük displeyə malikdir, lakin bu displey Full HD - 1920х1080 ölçüsünü, 10 nöqtəli sensor idarəetməni təmin edir. Bundan başqa, burada xarici monitorun mini-"HDMI" vasitəsilə qoşulması üçün port, çıxarılan klaviaturanın və digər aksesuarların qoşulması imkanı mövcuddur.
"Venue 11 Pro"-nun daha bir üstünlüyü onun çıxarılan akkumulyator ilə təchiz edilməsidir, lakin akkumulyator yalnız planşetin daxilində enerji toplaya bilər, çünki "Dell" akkumulyatorun enerji toplaması üçün əlavə aksesuar təqdim etmir.

"Venue 11 Pro" bazara iki konfiqurasiyada noyabrda çıxarılacaq: birinci "Atom Z3770" prosessoru, ikincisi isə ikinüvəli "Pentium 3560Y" prosessoru üzərində işləyəcək.

Qurğularda "Wi-Fi 802.11n", "Bluetooth 4.0" və "NFC" dəstəkləyən "Dell Wireless 1537" şəbəkə altsistemi istifadə edilib. Növbəti mərhələdə LTE ilə təchiz edilmiş modellər təqdim ediləcək. "Venue 11 Pro"-nun minimal qiyməti 500 dollardan başlayır, ən sonuncu və müasir modellərin qiymətini "Dell" şirkəti bildirmir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL